10 İyul 2023 14:56
2 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ankaranın Türkiyə ərazisində olan və anlaşmaya əsasən müharibənin sonuna qədər bu ölkədə qalmalı olan “Azov” komandirlərini Ukraynaya təhvil vermək qərarından qəzəblənib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Bondarev açıqlama verib.

Onun sözlərinə görə, Türkiyə bununla Rusiya üçün “dost olmayan ölkə”yə çevrilib. Bondarev Türkiyənin bu addımınadək neytral qaldığını deyib. Rusiya rəsmisi xatırladıb ki, “Azov” alayı Rusiyada “terror təşkilatı” kimi tanınır.

Bondarev Prezident Rəcəb Tayyib Ərdoğanın Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyü ilə bağlı açıqlamasından da hiddətlənib. Onun fikrincə, bu cür “dostluqdan kənar addım”a həm alyansın təzyiqləri, həm də taxıl müqaviləsinə faktiki xitam verilməsi səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər