13 İyul 2023 14:51
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya XİN NATO-nun Vilnüs sammitində səsləndirilən fikirlərə səssiz qalmayıb.

Teleqraf.com xəbər xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, NATO-nun Vilnüs sammitinin nəticələri göstərdi ki, alyans qəti şəkildə “soyuq müharibə” sxemlərinə qayıdıb.

Qeyd olunub ki, iyulun 11-12-də Vilnüsdə keçirilən Şimali Atlantika Müqaviləsi Təşkilatının sammitinin nəticələri göstərir ki, təşkilat “bir milyardımızı” bəşəriyyətin digər hissəsindən qorumaq naminə və dünyanı demokratik və avtokratiyalara bölmək ideologiyası əsasında nəhayət “Soyuq müharibə” sxemlərinə qayıdıb.

Rəsmi Kreml eyni zamanda bəyan edib ki, Vilnüs sammitinin nəticələri diqqətlə təhlil ediləcək. Müəyyən edilmiş çağırışları və Rusiyanın təhlükəsizliyinə və maraqlarına təhdidləri nəzərə alaraq, biz əlimizdə olan bütün vasitə və üsullardan istifadə edərək vaxtında və lazımi şəkildə cavab verəcəyik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər