Donbas separatçılarının keçmiş lideri polkovnik İqor Qirkin (Strelkov) Rusiyanın 58-ci Ordusunun komandiri İvan Popovun məcburi istefaya getməsindən sonra Moskvaya yeni hücum ehtimalı barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, Strelkov narazı Popovun ruslara müraciətinin Rusiya üçün ən təhlükəli yeni presedent olduğunu deyib.
Demək olar ki, qiyamdır. Üstəlik, bu dəfə hansısa cinayətkar (“Vaqner” lideri Yevgeni Priqojin) tərəfindən yox, təbii kadr, general tərəfindən yaradılır”, - polkovnik bildirib.
Strelkov bu dəfə nizami rus ordusunun paytaxta hücum edəcəyini iddia edir:
“Bizi nizami ordunun Moskvaya yeni yürüşündən yalnız daha bir böyük hərbi məğlubiyyət ayırır”.
Polkovnik baş verənlərə və verəcəklərə görə müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu ittiham edib.