Benyamin Netanyahu İsveç hakimiyyətini Tövratın yandırılmasına icazə verdiyi üçün tənbeh edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri teleqram kanalında yazıb:
“İsveç hakimiyyətinin İsrail səfirliyi qarşısında “Tanax”ın yandırılmasına icazə vermə qərarını qətiyyətlə pisləyirəm. İsrail dövləti yəhudi xalqı üçün müqəddəs olanı məhv etmək barədə bu biabırçı qərara qəti şəkildə mənfi yanaşır”.
Netanyahu İsveç hakimiyyətin bütün dinlərə və onların kitablarına hörmət tələb edib.