Ukraynadakı münaqişənin hər iki tərəfi bir-biri ilə əlaqə saxlamalı və beynəlxalq ictimaiyyət sülh danışıqları üçün əlverişli mühit yaratmaq üçün birlikdə çalışmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq deyib.
“Biz sülh danışıqlarını asanlaşdırmaq üçün səylərimizi artırmalıyıq. Ukrayna böhranı hərbi yolla həll oluna bilməz, münaqişənin davam etməsi mülki şəxslərə daha çox əzab gətirəcək", -deyə diplomat bildirib.
O bildirib ki, münaqişədə iştirak edən hər iki tərəf yarı yolda bir-biri ilə görüşməli, bir-birinin narahatlığını aradan qaldıran və regional reallıqlara uyğun gələn həll yolları tapmalı, fərqli mövqeləri yaxınlaşdırmalıdır.