19 İyul 2023 13:16
4 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Rusiya neftinə bənzər neftin izlərinə rast gəlinib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Gümüşhane Universitetinin alimləri 1926 və 1930-cu illərdə Türkiyə Mineral Tədqiqatlar və Kəşfiyyat Baş İdarəsi (MTA) tərəfindən aparılan neft kəşfiyyat işlərini dərinləşdiriblər.

Ərzincandakı neft sızıntıları ilə bağlı isə Rusiya neftinə bənzər neftin mövcudluğuna dair məruzələrin edildiyi bildirilir.

Gümüşhane Universiteti Geofizika Mühəndisliyi fakültəsinin rəhbəri, professor Nafiz Maden Aşağı Çimağıl kəndində gördükləri işlər nəticəsində suyun səthində neft sızıntıları müşahidə etdiklərini, hətta neft iyinin də hiss olunduğunu söyləyib.

Bölgədə "Türkiyə Petrolları" şirkəti tərəfindən hərtərəfli geoloji və 2-3 ölçülü seysmik tədqiqatların aparılmalı olduğunu deyən Nafiz Maden araşdırmalar nəticəsində neftin səthə çıxarıla biləcəyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər