“Tesla” 2021-2023-cü il buraxılışı olan “Model S” və “Model X” avtomobillərindən təxminən 16 min ədədini ön cərgədə təhlükəsizlik kəməri problemi səbəbindən geri çağırır.
Teleqraf.com xəbər verir ki, “Tesla” öz hesabatında avtomobillərdə ön cərgədəki təhlükəsizlik kəmərinin sistemdən ayrıldığını qeyd edib.
Mart ayında ABŞ avtomobil yolları təhlükəsizliyi tənzimləyiciləri “Tesla”nın təhlükəsizlik kəmərləri ilə bağlı mümkün problemləri araşdırmağa başlayıblar.
“Tesla” pulsuz yoxlamalar aparacağını və lazım gələrsə, ilk oturacaqların hər iki təhlükəsizlik kəmərini sistemə birləşdirəcəyini bəyan edib. Maşında nasazlıq aşkar olunarsa, təmir pulsuz həyata keçiriləcək.