29 İyul 2023 00:26
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 28-i axşam saatlarında Rusiya Dneprdə çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirib.

Teleqraf.com xəbər verir ki, nəticədə iki güclü partlayış olub.

"Dnepr. Terrorçu dövlət çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirib. Əməliyyat-xilasetmə xidmətləri insanların xilas edilməsi və nəticələrinin aradan qaldırılması üçün işə başlayıb. Bu, müharibə cinayətidir, müharibə qanunlarının və adətlərinin həyasızcasına pozulmasıdır. İcra edənlər və sifarişçilərmüharibə cinayətkarlarıdır. Onlar cəzalarını alacaqlar”, – deputat Aleksandr Bakumov yazıb.

Raketin evin yuxarı mərtəbələrinə düşdüyü bildirilir. Çox sayda mənzil dağılıb və zədələnib.

Ölənlər barədə hələlik məlumat yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər