29 İyul 2023 20:43
1 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” özəl hərbi şirkətinin muzdluları Belarusa gəlməkdə davam edir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko deyib.

Onun sözlərinə görə, hazırda Belarusda 5000-dən çox “Vaqner”çi var.

“Düşmən qoşunlarının və ya muzdlularının Ukrayna ilə sərhədə yaxın yerdə hərəkəti müşahidə edilmir, vəziyyət nəzarət altında qalır. Ukraynanın kəşfiyyat bölmələri və Dövlət Sərhəd Xidmətinin kəşfiyyatı durumu, Ukrayna üçün təhlükə yarada biləcəyini aktiv şəkildə izləyir. “Vaqner” Belarus ərazisində Ukrayna üçün ciddi təhlükə yaratmır”, - Demçenko qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər