Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində "İslam Alimləri Assambleyası" partiyasının mitinqində terrorçu-intiharçı özünü partladıb.
Teleqraf.com xəbər verir ki, partlayış nəticəsində azı 35 nəfər həlak olub, 200-dən artıq insan yaralanıb.
Partlayış yerli vaxtla təxminən 16:00-da (Bakı vaxtı ilə 15:00) partiya liderlərindən birinin təxminən 400 tərəfdarlarının qarşısında çıxışı zamanı baş verib.
Pakistanın baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və günahkarların müəyyən edilməsi barədə göstəriş verib.