ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller İran Prezidenti İbrahim Rəisinin hicabla bağlı açıqlamasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, ABŞ rəsmisi qadınların geyim azadlığının zəruriliyini vurğulayaraq, Vaşinqtonun İranda insan haqlarını pozanlara qarşı beynəlxalq tədbirləri davam etdirmək və onları məsuliyyətə cəlb etmək əzmində olduğunu vurğulayıb.
“İranda və dünyanın hər yerində qadınlar istədiklərini geyinməkdə azad olmalıdırlar. İranlı qadınlar hakimiyyətin onlara nəzarət texnologiyaları və ya başqa üsullarla nəzarət edəcəyindən narahat olmasınlar. ABŞ İran xalqının, o cümlədən iranlı qadınların və qızların insan haqları və əsas azadlıqlarını dəstəkləmək üçün fəaliyyətini davam etdirəcək və müttəfiqləri və tərəfdaşları ilə birlikdə insan haqlarını pozanları məsuliyyətə cəlb etməyə çalışacaq”, - Miller bildirib.
İbrahim Rəisi bundan əvvəlki açıqlamasında məcburi hicab qaydalarını pozanlara qarşı “yeni tədbir”lərdən danışmışdı.