11 Avqust 2023 22:58
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ilin fevralında Yəmədə naməlum silahlı şəxslər tərəfindən oğurlanmış BMT Təhlükəsizlik Departamentinin əməkdaşları sərbəst buraxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatın baş katibinin ofisinin məlumatında bildirilib.

Məlumata görə, baş katib 2022-ci il fevralın 11-də Yəməndə oğurlanmış BMT Təhlükəsizlik Departamentinin beş üzvü - Akma Sufiul Anam, Mazen Bavazir, Bakil əl-Mehdi, Məhəmməd əl-Mulaiki və Xaled Moxtar Şeyxin azad edilməsindən məmnun olduğunu vurğulayıb.

Bildirilir ki, həmkarlarının hamısının səhhəti yaxşıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər