19 Avqust 2023 17:54
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” qruplaşmasının Belarusdakı yaraqlılarının sayı 5800-dən 4400-ə qədər azalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Milli Müqavimət Mərkəzi (CNS) məlumat yayıb.

İddiaya görə, muzdluların ölkəni tərk etməsinə səbəb maliyyə çatışmazlığıdır:

“Ona görə də muzdluların bir hissəsi müqavilə bağlayaraq Afrika ölkələrinə gedib, bəziləri məzuniyyətə çıxıb, qalanları da ya başqa terror təşkilatlarına qoşulmağı, ya da tamamilə kənarlaşmağı planlaşdırır”, - məlumatda deyilir.

CNS əlavə edir ki, ayrılan maddi vəsait “vaqnerçilər”i qane etmir, ona görə də onların əksəriyyəti Belarusda uzun müddət qalmağı planlaşdırmır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər