Çin Rusiya Federasiyasına vertolyotlar, dronlar, optik nişangahlar və müdafiə sənayesində istifadə olunan kritik metallarla silahlanmağa kömək edir.
Teleqraf.com xəbər verir ki, “The Telegraph” nəşrinin araşdırmasına görə, Rusiya firmaları, o cümlədən, raket buraxılış sistemləri, zirehli maşınlar və strateji bombardmançı təyyarələr istehsal edən, sanksiyalar altında olan şirkətləri bu ilin birinci rübündə Çindən on minlərlə göndəriş alıblar.
Bu il ölkələr arasında ticarət dövriyyəsi 200 milyard dolları keçəcək ki, bu da yeni rekord olacaq.