20 Avqust 2023 21:12
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyev yaxınlığında Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Araşdırma Məhkəmə Ekspertizası Mərkəzində baş vermiş partlayış nəticəsində 4 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Kiyev vilayətinin polisinin nümayəndəsi İrina Pryanişnikova bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində həlak olanlar mərkəzin əməkdaşlarıdır.

Qeyd edək ki, avqustun 19-da səhər saatlarında Kiyev vilayətinin Buça rayonunun Petropavlovskaya Borşaqovka kəndində partlayış baş verib. Daha sonra yanğının Daxili İşlər Nazirliyinin Dövlət Araşdırma Məhkəmə Ekspertizası Mərkəzinin anbarında baş verdiyi məlum olub.


Müəllif: Teleqraf.com