21 Avqust 2023 16:43
6 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ daim Rusiyaya qarşı mümkün müharibəyə hazırlaşır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı general Ben Hodces deyib.

ABŞ-ın Avropada Rusiya ilə hipotetik müharibəyə hazır olub-olmaması ilə bağlı suala general bildirib ki, Amerika ordusu, hava qüvvələri, bütün xidmətlər daim təlimlər keçir və döyüş qabiliyyətini qoruyur.

“Kremlə siqnal göndərmək üçün deyirəm: biz hazırıq. Əlbəttə, müttəfiqlərimizlə daim təlimlərlə işləyərək, hava və raketdən müdafiə imkanlarımızı, maddi-texniki bazamızı artırmağa çalışırıq. 1981-ci ildə “soyuq müharibə” dönəmində Qərbi Almaniyada leytenant rütbəsində olanda da buna hazırlaşırdıq. Bizim hər gün işimiz SSRİ-yə hücum olarsa, ona qarşı döyüşməyə hazır olmaq idi”, - Hodces söyləyib.

Hazırda Avropada nə qədər Amerika qüvvəsinin yerləşdiyi soruşulduqda, general bu rəqəmlərin sirr olmadığını qeyd edib:

“Ümumilikdə ABŞ-ın Avropadakı qüvvələri 100 minə yaxındır. Bura həm də Qərbi Avropada, Almaniya, İtaliya, İspaniya və Türkiyədə yerləşən və yerləşdirilən aktiv ehtiyat da daxildir. Eləcə də rotasiyada olanlar, əsasən Polşa, Rumıniya və Baltikyanı ölkələrindəki qüvvələr”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər