Rusiya qüvvələri gecə saatlarında cənub-şərqdən Ukrayna ərazilərini “Şahid” PUA-ları (İran) ilə hədəfə alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Primorsko-Axtarsk və Çaudadan (Krım) ümumilikdə 20-yə qədər hücum dronu buraxılıb.
Ukrayna hərbi aviasiyasının qüvvə və vasitələri Rusiyanın 11 pilotsuz uçan aparatını məhv edib. PUA-lardan 9-u Odessada, 2-si Zaporoje vilayətlərində vurulub.