12 Yanvar 2015 18:09
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakim Yeni Azərbaycan Partiyasının gəncləri ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondunun ölkəmizdəki durumu müzakirə çıxarması ilə əlaqədar kampaniyaya başlayıb.

Teleqraf.com-un xəbərinə görə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov Facebook-da partiya üzvlərini və gəncləri kampaniyaya dəvət edib: “Əziz gənclər, bu gün Bakı vaxtilə saat 21:00-da ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu ölkəmizdəki durumu müzakirəyə çıxarmaq üçün “Azərbaycanda müstəqil səslərin boğulması” adı altında xüsusi tədbir planlaşdırıb. Həmin saatda, forum ərəfəsində sosial şəbəkələrdə (facebook,twitter və digər) aktiv olaraq “demokratik” anlayışın nə demək olduğunu ancaq pafoslu çıxışlarla bildirən Amerikaya bildirək ki, Azərbaycanda demokratiya regionun başqa dövlətləri ilə müqayisədə daha yüksək səviyyədədir! İlk gündən demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır.

Demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biridir. Aktiv olun, Azərbaycan gəncliyinin gücünü göstərin!”

Nərgiz


Müəllif: