Ukrayna Silahlı Qüvvələri Zaporoje vilayətinin qərbində, Robotində Rusiya ordusunun ikinci müdafiə xəttinə yaxınlaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Geolokasiya görüntülərinə görə, Ukrayna qoşunları Verbovoydan qərbə və Robotindən cənuba doğru Rusiyanın müdafiə xətləri istiqamətində bir qədər də irəliləyib.
Bundan əlavə, analitiklər rusların Kupyan-Svatov-Kreminna xəttində hücum əməliyyatları apardığını və irəlilədiyini qeyd ediblər.
Rusiya mənbələri isə iddia edirlər ki, ruslar Beyloqorivkada irəliləyir, Kreminnadan 11 km cənubda Qriqorivka yoluna nəzarət edirlər. ISW bu iddianın vizual təsdiqini görməyib.