25 Avqust 2023 23:03
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taxıl sazişində alternativ yollar bir çox riskləri özündə cəmləşdirir.

Teleqraf.com xəbər verir ki, Hakan Fidan Ukrayna xarici işlər naziri Kuleba ilə birgə mətbuata açıqlama verərkən bildirib.

Hakan Fidan bildirib ki, Qara Dəniz Taxıl Təşəbbüsü üçün alternativ yollar axtarılır.

“Qara Dəniz Taxıl Təşəbbüsü aktivləşdirilməsi Türkiyə üçün prioritetdir. Rəcəb Tayyib ərdoğan bu məsələ ilə bağlı çox sistemli iş aparır.” – deyə Fidan qeyd edib.

Fidan bildirib ki, iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində gələcəkdə atılacaq addımlar müzakirə ediləcək.

“Türkiyə və BMT-nin vasitəçiliyi ilə həyata keçirilən və iyulun 17-də başa çatan Qara Dəniz Taxıl Təşəbbüsü sayəsində 33 milyon tondan çox taxıl və ərzaq məhsulları dünya bazarlarına çıxarılıb.” – deyə nazir vurğulayıb.

Fidan qeyd edib ki, strateji tərəfdaş Ukrayna ilə münasibətlər iqtisadi sahədə də inkişaf etdiriləcək.

Məlumat üçün qeyd edək ki, Hakan Fidan Ukraynaya səfəri çərçivəsində Ukrayna prezidenti Volodimr Zelenski, Baş nazir Denis Şmiqal, Prezident Aparatının rəhbəri Andrey Yermak və Xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər