Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabr ayında Çinə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti yazıb.
Məqalədə qeyd edilir ki, oktyabr ayında Çinə səfər edəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müzakirə edəcəyi məsələlər ətrafında hazırda müzakirələr gedir, müvafiq işlər aparılır: “Çinlilərin Konyada, Aksaray Yenicedə və Aralıq dənizi xəttində maliyyələşmə və ya müştərək müəssisələr qurmaqda marağı var”.