"Co Baydenin yerində olsaydım Trampı geri çağırardım. Bir çox səbəblərə görə Trampı tənqid edə bilərik, lakin ABŞ-da son bir neçə onilliyin ən yaxşı xarici siyasəti ona məxsusdur. O, prezident olduğu müddətdə yeni müharibəyə başlamadı, Şimali koreyalılara, Rusiyaya və hətta çinlilərə qarşı yaxşı rəftar etdi. O, prezidnet olsaydı, Rusiya Ukraynaya qarşı müharibə etməzdi. Qərb dünyasını və bütün bəşəriyyəti xilas edə biləcək adam Trampdır".
Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban amerikalı siyasi tok-şou aparıcısı Tuker Karlsona müsahibəsində deyib.
Onun sözlərinə görə, indiki halda Ukraynanın Rusiyaya qalib gəlmək şansı yoxdur: "Çoxları Kiyevin Moskva üzərində qələbə qazanacağını zənn edir. Bu yalandır. Mümkünsüzdür. Ukrayna əsgərləri ruslardan daha tez tükənəcək. Rusiya getdikcə güclənir. Ukraynanın NATO-ya qəbulu hazırda real deyil, onu unudun".
Orban əlavə edib ki, rusların prezident Vladimir Putini hər zaman dəstəkləyəcək.