Misir 34 ölkənin iştirakı ilə “Parlaq Ulduz 2023” adlı birgə hərbi təlimin başladığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Misir dövlət televiziyası məlumat yayıb.
Kanal Əl-Əlemeyn bölgəsindəki Məhəmməd Nəcib hərbi bazasında başlayan təlimlərin sentyabrın 14-dək davam edəcəyini bildirsə də, iştirakçı ölkələrlə bağlı ətraflı məlumat verməyib.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi dünən “Parlaq Ulduz 2023” təlimlərində iştirak üçün hazırlığın tamamlandığını açıqlamışdı.
Misir ordusu avqustun 26-da təlimlərə 34 ölkədən 8 min hərbçinin qatılacağını bildirmişdi.
Misir 2018-ci ildə başda ABŞ və Böyük Britaniya olmaqla, Hindistan və Pakistanın da qatıldığı “Parlaq Ulduz” təliminə ev sahibliyi edib.
COVID-19 pandemiyası səbəbindən 2020-ci ildə təxirə salınan təlim 2021-ci ildə 21 ölkənin iştirakı ilə Misirdə keçirilib.