1 Sentyabr 2023 15:04
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Təbii Sərvətlər Nazirliyinin dərc etdiyi xəritədə Malayziya, Hindistan, Filippin və Çin arasında suverenlik mübahisələrinin olduğu bəzi bölgələr bu ölkənin milli sərhədləri daxilində göstərilib.

Teleqraf.com xəbər verir ki, Pekin administrasiyası tərəfindən dərc edilən xəritə bölgə dövlətləri tərəfindən reaksiya ilə qarşılanıb.

Xəritədə Hindistanın Arunaçal-Pradeş əyaləti və mübahisəli Aksai-Chin yaylası Çin torpaqları daxilində göstərilir.

Bundan əlavə, Malayziyanın Sabah və Saravak əyalətlərinin dəniz əraziləri ilə Filippinin dəniz bölgəsindəki bəzi ərazilərin Çin hakimiyyəti altında olduğu əksini tapıb.

Müvafiq ölkələrin xarici işlər nazirlikləri Pekin rəhbərliyinin dərc etdiyi xəritəni qınayan açıqlamalar verib və Çinin suveren hüquqlara təktərəfli müdaxiləsini rədd ediblər.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin açıqlamasında xəritəyə düzəlişlərin qanunauyğun olaraq suverenliyin müntəzəm tətbiqi kimi dəyərləndirib: “Ümid edirik ki, maraqlı tərəflər obyektiv və sakit qalmaqla məsələni həddən artıq şərh etməkdən çəkinəcəklər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər