5 Sentyabr 2023 09:52
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son sutka ərzində cəbhədə Rusiya və Ukrayna qüvvələri arasında 29 toqquşma qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rus ordusunun Liman istiqamətində hücumu uğursuz alınıb. Marində isə Ukrayna müdafiə qüvvələri rusların irəliləməsinə imkan vermir.

Eyni zamanda, Ukrayna qoşunları Baxmut istiqamətində azad edilmiş mövqelərdə möhkəmlənərək şəhərin cənubunda hücum əməliyyatlarını davam etdirir.

Ruslar Kupyan, Avdiv, Xerson, Şaxtyor, Zaporoje, Siver və Slobojan istiqamətlərində yaşayış məntəqələrini atəşə tutub.

Eyni zamanda, Ukrayna qoşunları Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir.

Rusiya ordusu son sutka ərzində 560 hərbçisini itirib. Bununla Rusiyanın 2022-ci il fevralın 24-dən bəri itirdiyi canlı qüvvə sayı 265 680 nəfərə çatıb.

Eyni zamanda, gün ərzində Rusiyanın 9 tankı, 7 zirehli döyüş texnikası, 38 artilleriya sistemi, 6 yaylım atəşi sistemi, 1 hava hücumundan müdafiə kompleksi, 31 PUA-sı, 26 nəqliyyat vasitəsi və 4 xüsusi texnikası sıradan çıxarılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər