13 Yanvar 2015 15:51
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almatıda şəhər administrasiyasının binasında təhlükəli anlar yaşanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, əlində partlayıcı olduğu iddia edilən şəxs binanı partladacağı ilə hədələyib. Bununla bağlı ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Saltanat Azirbek məlumat verib. Onun sözlərinə görə, aparılan danışıqlardan sonra şəxs təslim olub. Məlum olub ki, onun əlindəki çamadanda heç bir partlayıcı maddə olmayıb.

Azinbek bildirib ki, həmin şəxs 2008-ci ildə onun haqqında çıxarılmış mülki məhkəmə qərarının ləğv edilməsini istəyib.

Samir


Müəllif:

Oxşar xəbərlər