8 Sentyabr 2023 18:58
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Ermənistanda dövlət çevrilişi hazırlaması ilə bağlı məlumatlar cəfəngiyyatdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.

Onun sözlərinə görə, belə iddiaları səsləndirən zaman faktlar irəli sürmək lazımdır: “Hər hansı virtual sxemlər uydurmaq və bu barədə bütün dünyaya car çəkmək ağıllı olmayan, daha doğrusu, çox axmaq siyasətçilərə xas olan xüsusiyyətdir. Belə bəyanatlar Rusiyaya qarşı düşmənçiliyə təhrik üçün səsləndirilir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər