ABŞ ilə Ermənistan arasındakı birgə hərbi təlimlər rutin xarakter daşıyır və Bakı ilə Ermənistan arasındakı gərginliklə heç bir əlaqəsi yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib.
“Bu, rutin təlimlərdir və bunun heç bir hadisələrlə bağlantısı yoxdur”, - xarici siyasət idarəsinin rəsmisi KİV-ə açıqlayıb.