Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası Prezident Salome Zurabişvilinin impiçmenti üçün toplanmış imzaları Konstitusiya Məhkəməsinə təqdim edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.
Hazırda prezidentin vəzifəsindən azad edilməsinin lehinə toplanan imzaların Konstitusiya Məhkəməsində qeydə alınması prosesi gedir.
Zurabişvilinin impişmenti hakim partiyanın sədri İrakli Kobaxidze, səlahiyyət verilmiş deputatlar tərəfindən təklif olunub.