15 Sentyabr 2023 15:52
1 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hökumətinə bağlı “Mirotvorets” (“Миротворец”) saytı Şimali Koreya lideri Kim Çen Inı dövlətin düşmənləri siyahısına əlavə edib.

Teleqraf.com xəbər verir ki, saytın məlumat bazasında Kimin “Rusiya hərbi cinayətkarlarının şəriki” olduğu bildirilir.

Məlumatda qeyd olunur ki, sivil xalqlar ona qarşı insan hüquqlarının pozulması və nüvə şantajına görə sanksiyalar tətbiq ediblər.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da bu ilin yanvarında Ukraynanın düşmənləri siyahısına daxil olunmuşdu. Rusiyadan Qarabağa gələn separatçı Ruben Vardanyan isə Ukrayna tərəfindən axtarışa verilib.


Müəllif: Mənsur Rəğbətoğlu