2013-cü ilin sonlarından etibarən Ermənistandakı Rusiya hərbi bazalarından tez-tez şikayətlər daxil olub.
Teleqraf.com news.am-a istinadən xəbər verir ki, bunu Rusiya Əsgər Anaları komitəsinin sədri, Müdafiə Nazirliyinin yanında İctimai Şuranın üzvü Valentina Melnikova deyib. Onun sözlərinə görə, 2009-2013-cü illər ərəfəsində bu bölgədən heç bir şikayət daxil olmayıb: “2009-2013-cü illər ərəfəsində nə əsgərlərdən, nə də onların analarından bizə heç bir şikayət daxil olmayıb. Bu müddətdə tam sakitlik olub. Amma siz yaxşı başa düşürsüz ki, xidməti atmosfer komandirdən asılıdır. 2013-cü ilin sonlarından bu bölgədən çoxlu sayda şikayətlər daxil olmağa başlayıb. Bunların kütləvi hal aldığını deyə bilmərəm. Əsas şikayətlər ondan ibarətdir ki, əsgərlərdən pul alırlar, təhqir edirlər, xəstələnən zaman hospitala göndərmirlər. Bu hadisələrə görə əsgərlər öz komandirlərini və əsgər yoldaşlarını deyil, kiçik zabitləri günahlandırırdılar. Biz bu məsələlərlə bağlı hərbi prokurora müraciət etməli olurduq. Bizim şikayətlərimizdən sonra bu cür halların qarşısı qismən alındı”.
Samir