ABŞ Ermənistanla birgə hərbi təlimləri davam etdirəcək və planlaşdırıldığı kimi başa çatdıracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
"Ermənistanla birgə təlimimiz taktiki səviyyədə yeni əlaqələrin qurulması və sülhməramlı əməliyyatlar üçün qarşılıqlı fəaliyyətin artırılması məqsədlərinə nail oldu. Onlar planlaşdırıldığı kimi sabah yekunlaşacaq", - məlumatda bildirilir.
Qeyd edilib ki, ABŞ təlimlərdə iştirak edən şəxsi heyəti üçün heç bir risk görmür.