Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrinin liderlərinin Vladimir Putinə qarşı mənfi münasibətlərini düzgün hesab etmədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, Nyu-Yorkdan geri dönərkən türk jurnalistlərin suallarına cavabında bildirib.
O qeyd edib ki, bu səbəblərdən Rusiyanı heçə saymaq olmaz:
“Çünki Rusiya sıradan bir ölkə deyil. Rusiyanın dünyada tutduğu mövqeyinə görə öz yeri var. Rusiya hazırda taxıl istehsalına görə dünyada lider ölkələrdən biridir”.
Ərdoğan onu da əlavə edib ki, hazırda Rusiya taxılının Afrika ölkələrinə göndərilməsi üçün işlər davam edir.