Somalinin mərkəzində törədilən terror aktı nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, binaların dağıntıları altından daha 9 nəfərin cəsədi aşkarlanıb. Bununla ölənlərin sayı 27 nəfərə yüksəlib.
Qeyd edək ki, sentyabrın 23-də ölkənin Beledveyn şəhərində nəzarət-buraxılış məntəqəsində partlayış baş verib. Partlayıcılarla dolu yük maşını ilə törədilən terror hadisəsi nəticəsində onlarla insan kərpic və beton qalıqları altında qalıb.