26 Sentyabr 2023 14:33
2 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin fransalı deputatı Terri Mariani Avropa Birliyini sərt sözlərlə tənqid edərkən, Türkiyə ilə bağlı diqqətçəkən ifadələrə yer verib.

Teleqraf.com xəbər verir ki, fransalı siyasətçi Prezident Rəcəb Tayyib Ərdoğanın Qərb liderlərindən fərqli olaraq, əsl dövlət başçısı olduğunu bildirib.

Mariani Türkiyənin xarici siyasətdə atdığı addımlara diqqət çəkib: “Bunun qarşısında heç nə deyə bilmirik”.

Mariani Türkiyədə keçirilmiş son prezident seçkiləri ilə bağlı da ilginc etiraflar edib. O, Ərdoğanın seçkilərdə Qərbin dəstəklədiyi namizədlər qarşısında böyük qələbə qazandığını söyləyib.

“İndi güclənmiş bir Ərdoğanla qarşı-qarşıyayıq. İlk dəfə 2016-cı il hadisələrindən sonra gücləndi. Mayda Qərbin dəstəklədiyi müxalifətin bütün namizədlərini məğlub edərək güclənən, hazırda Ukraynadakı rolu ilə beynəlxalq nüfuzunu artıran və münaqişədəki ideoloji siyasətimizlə gücünü artıran Ərdoğanın əsl dövlət başçısı olduğunu çoxları anlamır”, - Mariani vurğulayıb.

Türkiyənin həmişə öz maraqlarını üstün tutduğunu və qeyri-müəyyənliyə yol vermədiyini bildirən Mariani Ankaranın güc layihələri ilə dünyada rolunu getdikcə artırdığına diqqət çəkib. O qeyd edib ki, Qərb öz uğursuzluqları ilə Türkiyəni qidalandırır.

Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginlik zamanı Avropanın səmərəsiz rol oynadığını iddia edən fransalı siyasətçi Suriyada PKK terror təşkilatına qarşı əməliyyatlara səsini çıxara bilmədiklərindən şikayətlənib:

“Türkiyənin bu addımları hər zaman Balkan və Afrikadakı maraqlarımıza zidd olub, amma cavab verə bilmədik. İndi bu durumdan şikayət etmək əbəsdir.

Avropa Birliyi Türkiyənin mütləq gücü qarşısında ağlayır, amma Ərdoğan iki şeydən güc alır: güc itirməyimizdən və korluğumuzdan”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər