TEKNOFEST və Türkiyə Texnologiya Komandası Vəqfinin idarə heyətinin sədri Səlcuq Bayraktar qatıldığı televiziya proqramında siyasətə girib-girməyəcəyi ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, o, bunu istisna etməyib.
“Gələcəkdə siyasətə gəlmək istərdinizmi” sualına Bayraktar belə cavab verib:
“Əgər bu mübarizəmiz millətin qəlbində özünə yer tapıbsa, bu təyyarələr uçmağa davam edəcəksə, əlbəttə, ehtiyac yoxdur, amma kimlərsə qəribə bəhanələrlə, xarici gündəmlərlə bu məsələlərin qarşısını alacaqlarsa, bundan sonra öz maraqlarımız üçün hər cür mübarizə aparacağıq”.