2 Oktyabr 2023 08:13
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın şimalındakı Tamaulipas ştatının Syudad Madero bələdiyyəsində kilsənin damının uçması nəticəsində 7 nəfər ölüb.

Teleqraf.com İspaniya mətbuatına istinadən xəbər verir ki, hadisə kilsədə vəftiz mərasimi zamanı baş verib.

Daha 10 nəfərin yaralandığı və tibbi yardım aldığı bildirilir.


Müəllif: Teleqraf.com