İsrail ordusu HƏMAS-ın 17 hərbi infrastrukturuna və 4 əməliyyat idarəetmə mərkəzinə zərbələr endirib.
Bu barədə Teleqraf.com İsrail Müdafiə Ordusunun (ÇAXAL) mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumatda bildirilib ki, İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağında yerləşən hədəfləri vurub: “Son bir neçə saat ərzində onlarla döyüş təyyarəsi Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus 17 hərbi hədəfə və 4 əməliyyat idarəetmə mərkəzinə zərbələr endirib”.