9 Oktyabr 2023 09:45
4 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS-ın İsrailə hücumları İran kəşfiyyat xidmətlərinin köməyi ilə bir neçə həftə əvvəl planlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” HƏMAS və “Hizbullah”dakı mənbələrə istinadla yazır.

Planlaşdırma hələ avqustda başlayıb, təfərrüatlar iki həftəlik görüşlərdə dəqiqləşdirilib. Bu yolla İran təhlükəsizlik qüvvələri ötən həftə Beyrutda keçirilən toplantıda HƏMAS-ın İsrailə qəfil hücumuna “yaşıl işıq” yandırıb.

İran Prezidenti İbrahim Rəisi İsrailə hücumu dəstəkləyərək bunu “vəhşiliyə qarşı üsyan” və “Fələstin xalqının legitim özünümüdafiəsi” adlandırıb. Rəisi “sionist rejim və onun himayədarlarının” ədalət qarşısında cavab verməsini istəyib.

İran prezidenti həmçinin HƏMAS lideri İsmayıl Haniyəni “cəsur və uğurlu əməliyyat” münasibətilə təbrik edib.

İranın Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqiri HƏMAS-ı İsrailə “dağıdıcı zərbələr” vurmasına görə tərifləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər