9 Oktyabr 2023 22:28
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrail ordusunun Qəzzada quru əməliyyatına başlama ehtimalı artdıqca yaxın günlərdə vəziyyət daha da pisləşəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Qətərin “Əl-Cəzirə” telekanalının analitiki Mərvan Bişara deyib.

“Çox dramatik bir vəziyyətin ortasındayıq”, - analitik bildirib.

Bişara əlavə edib ki, sözügedən çıxılmaz vəziyyətin beynəlmiləlləşməsi günbəgün artır. O hesab edir ki, gərginlik ABŞ-ın öz qüvvələrini Aralıq dənizinin şərqinə yerləşdirməklə daha da artacaq.

ABŞ-ın F-15 və F-35 qırıcılarını İranın İsrailə mümkün müdaxiləsinə qarşı Aralıq dənizinə göndərəcəyi bildirilib.

HƏMAS qruplaşmasının ötən həftənin sonunda hücumuna cavab olaraq İsrail müdafiə qüvvələri Qəzzanı bombalamağa başlayıb. İsrailin hava əməliyyatı ilə yanaşı, quru əməliyyatına da başlayacağı gözlənilir.

HƏMAS-ın hərbi qanadı “Əl-Qəssam” Briqadasının hücumunun ardından İsrail Baş naziri Binyamin Netanyahu “Müharibədəyik” açıqlamasını verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər