ABŞ dövlət katibi Entoni Blinken Türkiyə xarici işlər naziri Hakan Fidanla telefon danışığından sonra X sosial şəbəkəsində bir paylaşım etmişdi.
Teleqraf.com xəbər verir ki, dövlət katibi bir müddət sonra həmin paylaşımı silib.
Blinken tvitində bunları yazmışdı:
“Türkiyə xarici işlər naziri Hakan Fidanla HƏMAS-ın İsrailə qarşı törətdiyi terror aktları ilə bağlı növbəti görüşümüz oldu. Türkiyənin atəşkəs çağırışını və HƏMAS-ın bütün girovları dərhal azad etməsini təşviq etdim”.
Görüşlə bağlı ABŞ Dövlət Departamentinin açıqlamasında isə belə deyilmişdi:
“İkili HƏMAS-ın İsrailə qarşı terror hücumunu müzakirə edib. Blinken Türkiyənin davamlı fəaliyyətini təşviq edib və Birləşmiş Ştatların HƏMAS-ın hücumları dayandırmasına və bütün girovları azad etməsinə diqqətini ifadə edib”.
Blinken səhər saatlarında sosial şəbəkədəki paylaşımını silsə də, açıqlaması departamentin rəsmi saytında qalır.