11 Oktyabr 2023 00:12
1 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən qızıl mədəninə quldurların hücumu nəticəsində 4 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Məlumata görə, ölənlərdən ikisi Çin vətəndaşları olan mədən mütəxəssisidir. Quldurların daha 3 nəfəri yaraladığı bildirilir.

Hücum Cənubi Kivu vilayətinin cənubunda baş verib. Quldurlarla obyekti mühafizə edən hərbçilər arasında atışma olub. Hücum edənlər külli miqdarda nağd pul və digər qiymətli əşyaları ələ keçirə biliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər