ABŞ-da “Gənc Türklər” proqramı ilə tanınan Cenk Uyğur 2024-cü ildə keçiriləcək prezident seçkiləri üçün Demokrat Partiyasının namizədi olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, türk siyasətçi Respublikaçılar Partiyasının namizədi Donald Trampdan geridə qaldığını iddia etdiyi Prezident Co Baydeni tənqid edib və seçkilərdə Demokratlar Partiyası üçün yarışacağını bildirib.
Nələrsə dəyişməsə Trampın seçkiləri mütləq qazanacağını iddia edən Uyğur Baydenin siyasətinin iflasa uğradığını və seçkilərdə qalib gələ bilməyəcəyini deyib.
“Mən namizəd olmamalıydım, başqası olmalı idi, amma təəssüf ki, başqası olmadı”, - Uyğur vurğulayıb.
O, Demokratlar Partiyasının namizədinin müəyyənləşəcəyi ilkin seçkilərə cəmi 4 ay qaldığını diqqətə çatdırıb və kursun dəyişdirilməsinin zəruriliyini qeyd edib.
İstanbulda anadan olan Cenk Uyğur gənc yaşlarında ABŞ-a gedib. Sonradan Amerika vətəndaşı olan Uyğur bunun prezident olmağa maneə olmayacağını düşünür.
ABŞ prezidenti olmaq üçün bunu istəyən şəxs Amerikada doğulmalıdır. Cen Uyğur bunu ayrı-seçkilik hesab edir.