15 Oktyabr 2023 01:02
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın Hizbullah qruplaşması İsraillə münaqişədə Fələstinin Həmas hərəkatının yanında yer ala bilər.

Teleqraf.com IRNA agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahian deyib.

Onun sözlərinə görə, İsrail və onun tərəfdarları Qəzzada dinc əhaliyə qarşı cinayətləri dayandırmalıdırlar, çünki bir neçə saat ərzində çox gec ola bilər.

O əlavə edib ki, Hizbullahın müqavimət göstərmək üçün hər hansı addımı böyük zəlzələyə səbəb olacaq.

Abdollahian qeyd edib ki, müqavimət liderləri birləşib və hər kəsin əli tətiyi tutur.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər