Fələstinlilərin Qəzzadan Misirə köçürlməsi İordaniya üçün qəbuledilməzdir.
Teleqraf.com xəbər verir ki, bunu İordaniya xarici işlər naziri Ayman Səfadi deyib.
“Ukraynaya su və ərzaq yardımının kəsilməsi müharibə cinayəti sayılır, bəs Qəzzada eyni şey ediləndə niyə sayılmır?”, - nazir bildirib
Səfadi İsrail-HƏMAS savaşının daha geniş regiona yayılma ehtimalına da toxunub:
“Əgər bu münaqişə böyüyərsə və həqiqətən belə bir təhlükə olarsa, o zaman bütün regionu bürüyəcək kabusdan danışacağıq”.