1967-ci il sərhədləri boyunca paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaradılmadan İsrail-Fələstin probleminin yekun həllinə nail olmaq mümkün deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefon danışığı zamanı deyib.
Türkiyə Prezidenti Administrasiyasından bildirilib ki, söhbət zamanı Ərdoğan Türkiyənin Qəzza zolağına humanitar yardımın çatdırılması üçün səy göstərdiyini bildirib. O qeyd edib ki, Türkiyə bölgədə ən qısa zamanda atəşkəsi təmin etməyə çalışır.