İsrail Hərbi Hava Qüvvələrinə məxsus üç F-15 və dörd F-16 qırıcısı Aralıq dənizindən Suriyanın Hələbdəki Nairab və Dəməşqin Duvali aerodromlarına hücumlar həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə brifinqdə Rusiya Hava Hücumundan Müdafiə Mərkəzinin rəis müavini Vadim Kulit deyib.
O bildirib ki, uçuş-enmə zolaqları qismən zədələnib, hava limanlarının işi dayandırılıb.