Yaxın Şərqdə gərginlik artarsa, İran da münaqişəyə cəlb edilə bilər.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ senatoru Lindsey Qraham deyib.
"Biz buradayıq, İrana demək istəyirik ki, sizi izləyirik. Müharibə daha da böyüyərsə, o, sizə də ciddi təsir edəcək. İsrail çiçəklənəcək, HƏMAS məhv ediləcək, Fələstin xalqı daha yaxşı yaşayacaq ", - Qraham vurğulayıb.