BMT İsrail və HƏMAS arasında münaqişədə hərbi cinayətlərin törədilməsindən narahatdır.
Teleqraf.com xəbər verir ki, bunu BMT-nin İnsan Haqları Təşkilatının (OHCHR) sözçüsü Ravina Şamdasani deyib.
“Hərbi cinayətlərin törədilməsindən narahatıq. HƏMAS-ın hərbi cinayətlərə bərabər olan vəhşi hücumlarına cavab olaraq qəzzalıların kollektiv şəkildə cəzalandırılmasından narahatıq”, - BMT rəsmisi bildirib.