27 Oktyabr 2023 18:56
2 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətdən getməsi durumunda Kremlə avtomatik olaraq Baş nazir Mixail Mişustin rəhbərlik edəcək. Eyni zamanda, Rusiya Federasiya Şurasının erkən prezident seçkilərini elan etmək üçün 14 gün vaxtı olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Independent” qəzeti yazır.

Putinin Rusiya prezidenti kimi səlahiyyət müddəti gələn il başa çatır. Amma 2020-ci ildə Konstitusiyaya edilən dəyişikliklər ona 2036-cı ilə qədər hakimiyyətdə qalma imkanı verir. Məqalədə qeyd olunur ki, Putinin səhhətinin pisləşməsi və ya digər gözlənilməz hallarla bağlı şayiələr fonunda Rusiyanın gələcəyi müəmmalı olaraq qalır.

İngilis nəşri Rusiyanın hazırkı liderinin mümkün varisləri arasında bir sıra şəxslərin olduğunu bildirir:

“Mixail Mişustin - bəziləri onu Putinin yaxın ətrafı arasında populyar olmadığını nəzərə alaraq, daimi təyinat üçün mümkün olmayan namizəd hesab edirlər;

Dmitri Medvedev - Putinin ən yaxın müttəfiqlərindən və potensial varislərindən biri hesab olunur;

Sergey Kiriyenko - 2016-cı ildən administrasiya rəhbərinin birinci müavini və Putinin yaxın çevrəsinin üzvü kimi tanınır;

Sergey Şoyqu – vaxtilə Rusiyada Putindən sonra ən populyar siyasətçi kimi tanınırdı;

Nikolay Patruşev - Rusiya Təhlükəsizlik Şurasının katibi, KQB-də Putinlə birlikdə çalışıb”.

Kremlin gələcək liderləri kimi Moskva meri Sergey Sobyanin, Tula vilayətinin qubernatoru və Putinin keçmiş cangüdəni Aleksey Duminin adları da hallandırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər